Xalq artisti Adil İsgəndərovun 105 illik yubileyi qeyd edilib

Xalq artisti Adil İsgəndərovun 105 illik yubileyi qeyd edilib
# 02 may 2015 18:58 (UTC +04:00)

Bakı-APA. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Binə qəsəbə mədəniyyət mərkəzində görkəmli aktyor, rejissor və unudulmaz sənətkar Adil İsgəndərovun 105 illik yubileyi ilə bağlı tədbir keçirilib.

APA-nın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, yubiley tədbiri böyük sənətkarın rol aldığı filmlərdən kadrların nümayişi ilə başlanıb.

Tədbirdə mədəniyyət mərkəzinin dram dərnəyinin üzvlərinin “Axırıncı aşırım” bədii filmi əsasında hazırladıqları səhnə təqdim edilib. Dərnək üzvlərinin çıxışları alqışlarla qarşılanıb.

Mərasim “Odlar yurdu” rəqs kollektivinin çıxışı, qəsəbədəki 24 nömrəli musiqi məktəbinin şagirdlərinin muğam ifaları ilə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR