Həmsədrlər Rusiya XİN rəhbərinin müavini ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə ediblər - YENİLƏNİB

Həmsədrlər Rusiya XİN rəhbərinin müavini ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə ediblər  - <span style="color: red;">YENİLƏNİB
# 13 iyul 2015 18:30 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya Xarici işlər Nazirliyi Moskvada ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Pyer Andrie ilə (Fransa) Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin arasında keçirilən görüşlə bağlı məlumat yayıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, məlumatda Rusiya XİN başçısının müavini Qriqori Karasinlə həmsədrlər arasında keçirilən görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjel Kaspyişık də iştirak etdiyi bildirilib.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması müzakirə olunub.

Qeyd edək ki, iyulun 20-21-də həmsədrlərin bölgəyə növbəti səfəri planlaşdırılıb. İyulun 20-də həmsədrlər Ermənistana, 21-də isə Azərbaycana səfər edəcəklər. Səfərin əsas məqsədi Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü hazırlamaqdır.

**** 15.00

Moskva. Fərid Əkbərov - APA. Moskvada ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Pyer Andrienin (Fransa) Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinlə görüşü başlayıb.

Bu barədə APA-nın Moskva müxbirinə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı müzakirə aparılır. Görüşün yekunlarına dair gün ərzində mətbuat üçün məlumat yayılacaq.

Qeyd edək ki, iyulun 20-21-də həmsədrlərin bölgəyə növbəti səfəri planlaşdırılıb. İyulun 20-də həmsədrlər Ermənistana, 21-də isə Azərbaycana səfər edəcəklər. Səfərin əsas məqsədi Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü hazırlamaqdır.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR