Bank Of Baku

Rubio: ABŞ və İran arasında təmaslarda irəliləyiş yoxdur

ABŞ dövlət katibi Marko Rubio

© APA | ABŞ dövlət katibi Marko Rubio

# 24 sentyabr 2026 00:57 (UTC +04:00)

ABŞ və İran arasında təmaslarda hələlik ciddi irəliləyiş əldə olunmayıb, lakin tərəflər fikir və siqnallar mübadiləsi aparırlar.

APA xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Nyu-Yorkda keçirilən mətbuat konfransında bildirib.

Rubionun sözlərinə görə, ABŞ münaqişə, böhran və fikir ayrılıqlarının müzakirəsi üçün dialoqa açıqdır. O bildirib ki, BMT çərçivəsində vasitəçilər üzərindən İranla aparılan son təmaslarda əsasən fikir və siqnalların mübadiləsi baş tutub.

“Bunu müsbət inkişaf hesab etmək olar. Lakin bunu böyük irəliləyiş kimi təqdim etmək istəməzdim. Ən azı danışığın baş tutması əhəmiyyətlidir”, – Rubio qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR