Mail.ru istifadəçilərinə məxsus 4,6 milyon hesab şifrəsi hakerlər tərəfindən ələ keçirilib

Mail.ru istifadəçilərinə məxsus 4,6 milyon hesab şifrəsi hakerlər tərəfindən ələ keçirilib
# 09 sentyabr 2014 12:00 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiyanın ən böyük elektron poçt xidməti olan "Mail.ru" istifadəçilərinə məxsus 4,6 milyon hesab şifrəsi haqqında məlumat internetdə yayımlanıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, yayılan hesab şifrələrinin 95 faizinin aktiv olmayan istifadəçilərə aid olduğu açıqlanıb.

Mail.ru-dan verilən açıqlamada kompüter piratları tərəfindən internetə yüklənən mail hesablarının böyük bir hissəsinin hakerlər tərəfindən müxtəlif vaxtlarda virus kimi üsullarla oğurlandığı məlum olub.

Qeyd edək ki, keçən həftə digər rus internet portalı "Yandex"in istifadəçilərinə aid 1 milyona yaxın hesab şifrəsi internetdə yayımlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR