Xızıda döyüş sursatı tapılıb

Xızıda döyüş sursatı tapılıb
# 09 oktyabr 2014 15:12 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Xızı rayonunda döyüş sursatı tapılıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən Xızı rayonunda dağlıq ərazidə döyüş sursatı aşkarlanıb.

Dərhal FHN-in müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Aşkarlanan sursata baxış keçirilərkən onun 1 ədəd 62 millimetrlik təlim-tədris təyinatlı minaatan mərmisi olduğu müəyyənləşdirilib. Aşkar edilmiş sursat aidiyyəti üzrə təhvil verilib. Mütəxəssislər tərəfindən əraziyə təkrar baxış keçirilib və digər partlayış təhlükəli əşya aşkar edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR