Mərkəzi Nəbatat Bağında qumbara tapılıb

Mərkəzi Nəbatat Bağında qumbara tapılıb
# 05 noyabr 2014 10:16 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda əl qumbarası tapılıb.

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, “F1” markalı əl qumbarası Azərbaycan Milli Elmlər Akademiyasının rayonun Badamdar qəsəbəsi, Abasqulu Abbaszadə 19/25 ünvanında yerləşən Mərkəzi Nəbatat Bağında mühafizəçilər tərəfindən aşkarlanıb.

Hazırda hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerində iş aparırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR