Göyçayda ikimərtəbəli ev yanıb - VİDEO

Göyçayda ikimərtəbəli ev yanıb - <span style="color: red;">VİDEO
# 28 mart 2015 07:46 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov - APA. Göyçay rayonunda fərdi yaşayış evi yanıb.

Fövqəladə Hallar Nazirliyinin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə martın 28-də gecə saat 1:00 radələrində rayonun Bığır kəndində qeydə alınıb.

Kənd sakini 1962-ci il təvəllüdlü Seyidov Akif İbad oğluna məxsus iki mərtəbəli 4 otaqlı evdə baş verən yanğının söndürülməsi üçün əraziyə 4 yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib.

Hadisə zamanı ümumi sahəsi 288 kvadratmetr olan evin 144 kvadratmetrlik hissəsi içindəki əşyalarla birgə yanaraq külə dönüb. Evin qalan hissəsi və ona bitişik talvar yanğından mühafizə edilib.

Hadisə zamanı xəsarət alan olmayıb.

Yanğının hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR