Əvəz Zeynallı barəsində olan hökmdən apellyasiya şikayəti verilib

Əvəz Zeynallı barəsində olan hökmdən apellyasiya şikayəti verilib
# 27 mart 2013 14:41 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallının barəsində olan məhkəmə hökmündən apellyasiya şikayəti verilib. Bu barədə APA-ya vəkil Elçin Sadıqov bildirib. E. Sadıqov apellyasiya şikayətinin Bakı Apellyasiya Məhkəməsinə təqdim olunduğunu bildirib. Məhkəmənin ilkin baxış iclasının vaxtı yaxın günlərdə məlum olacaq.

Xatırladaq ki, Ə. Zeynallı Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4-cü maddələri ilə ittiham olunur.

O, sabiq deputat Gülər Əhmədovanın şikayəti əsasında 2011-ci il oktyabrın 28-də həbs edilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Daha sonra isə ona qarşı Cinayət Məcəlləsinin 306-cı (məhkəmə qərarlarını icra etməmə) və 213-1-ci (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə. Zeynallının 1 il müddətinə kommersiya müəssisəsində rəhbər vəzifə tutmaq hüququ məhdudlaşdırılıb və 9 il müddətinə azadlıqdan məhrum olunub.

Hökmə əsasən, ondan 4076 manat vergi borcu tutularaq dövlət büdcəsinə ödəniləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR