ABŞ Prezidenti Donald Tramp keçirdiyi seçki mitinqlərinin Respublikaçılar Partiyasına dəstək verdiyini bildirib.
APA xəbər verir ki, Tramp bu barədə özünün “Truth Social” hesabında paylaşım edib.
“Mitinqlərim və onlarda müşahidə olunan coşqu inanılmazdır! Heç kim indiyədək belə bir şey görməyib. Biz hər yerdə seçki yarışlarının nəticəsini dəyişirik”, – Tramp yazıb.
Trampın açıqlamaları ABŞ-da noyabrda keçiriləcək aralıq seçkiləri ərəfəsində Respublikaçı namizədlərə dəstək kampaniyası çərçivəsində səslənib. O, mitinqlərinin Respublikaçı namizədlərə seçicilərin dəstəyini artırdığını və bir sıra seçki yarışlarında partiyanın mövqelərinin gücləndiyini iddia edib.