Bank Of Baku

DİN Yevlaxda 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası barədə məlumat yayıb

DİN Yevlaxda 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası barədə məlumat yayıb
# 02 iyul 2018 11:23 (UTC +04:00)

Daxili İşlər Nazirliyi Yevlaxda 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası barədə məlumat yayıb.

 

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, iyunun 30-da saat 18 radələrində Yevlax rayonu ərazisində Abşeron rayon sakini Allahverdi Məmmədovun idarə etdiyi “Hovo” markalı yük avtomobili ilə Bakı şəhər sakini Mais Mustafayevin idarə etdiyi “Mercedes Sprinter” markalı mikroavtobus toqquşub. Nəticədə M.Mustafayevin sərnişinlərindən Şəmkir rayon sakinləri Samirə Musayeva, 12 yaşlı Emil Abdullayev və Abşeron rayon sakini Ziyafət  Ələsgərova hadisə yerində ölüb, digər 4 sərnişin xəstəxanaya yerləşdiriliblər.

 

 

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR