Bank Of Baku

Azərbaycanla Əlcəzair arasında ekstradisiya haqqında müqavilə imzalanıb

Azərbaycanla Əlcəzair arasında ekstradisiya haqqında müqavilə imzalanıb
# 22 iyun 2018 10:28 (UTC +04:00)

Azərbaycanda səfərdə olan Əlcəzair Xalq Demokratik Respublikasının ədliyyə naziri Tayeb Louh nümayəndə ədliyyə naziri Fikrət Məmmədovla görüşüb.


Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Azərbaycan və Əlcəzair arasında əlaqələrin inkişaf etdirilməsində hər iki ölkənin dövlət başçılarının siyasi iradəsinin nəticəsi olduğunu qeyd edən F.Məmmədov "İslam Həmrəyliyi İli" elan olunmuş 2017-ci ildə Əlcəzairə səfərini və keçirilmiş rəsmi görüşləri məmnunluqla xatırladıb, nazirliklərarası Anlaşma Memorandumunun qarşılıqlı fəaliyyətin genişləndirilməsində yeni səhifə açdığını söyləyib, hazırkı səfərin ölkələrimiz arasında əlaqələrin dərinləşməsinə əlavə təkan olacağına əminliyini ifadə edib.

Azərbaycana ilk dəfə səfər etməsindən məmnunluğunu ifadə edən Tayeb Louh ölkələrimiz arasındakı tarixi əlaqələrin genişləndirilməsinə dövlət başçılarının xüsusi önəm verdiyini, hər iki ölkənin Ədliyyə nazirliklərinin bu istiqamətdə səylə çalışdığını vurğulayıb, imzalanmış Anlaşma Memorandumunun hüquqi sahədə əməkdaşlığın dərinləşməsinə xidmət etdiyini bildirib.

Sonra Azərbaycan və Əlcəzair arasında ekstradisiya haqqında müqavilə imzalanıb. Mərasimdə bəyanatlarla çıxış edən nazirlər qeyd ediblər ki, imzalanan bu mühüm sənəd ilk dövlətlərarası müqavilə olmaqla cinayət əməli törətmiş şəxslərin təslim edilməsi sahəsində qarşılıqlı fəaliyyətin həyata keçirilməsinə, ölkələrimizin ədliyyə və məhkəmə orqanları arasında əlaqələrin möhkəmlənməsinə xidmət edəcək, cinayətkarlığa qarşı mübarizəyə töhfə verəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR