Paşha Bank
Bank Of Baku

Sərxoş halda piyadanı öldürən sürücünün cinayət işi məhkəməyə göndərilib

Sərxoş halda piyadanı öldürən sürücünün cinayət işi məhkəməyə göndərilib
# 10 may 2019 12:38 (UTC +04:00)

Gəncədə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Sakit Həsənovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

ONA-nın xəbərinə görə, iş materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Məhəmməd Bağırovun icraatına verilib.

Qeyd edək ki, Gəncə şəhərinin Şah İsmayıl Xətai prospektində iki “VAZ” markalı avtomobilin toqquşması nəticəsində Alıyev Ceyhun Namiq oğlu dünyasını dəyişib. Qəzaya səbəb olan Şəmkir rayon Mehirli kənd sakini 1977-ci il təvəllüdlü Həsənov Sakit Mirzalı oğlu barəsində cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR