Gürcüstanda azərbaycanlılara qarşı törədilən 12 cinayət hadisəsinin istintaqı bu günlərdə başa çatacaq

Gürcüstanda azərbaycanlılara qarşı törədilən 12 cinayət hadisəsinin istintaqı bu günlərdə başa çatacaq
# 19 mart 2013 13:09 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Gürcüstanın daxili işlər naziri İrakli Qaribaşvili bu gün keçirdiyi mətbuat konfransında deyib.

Nazir, həmin hadisələr zamanı azərbaycanlılardan oğurlanan qızıl-zinət, digər əşyaların, pulun vətəndaşlara qaytarılacağını açıqlayıb: “Cinayətkarlar isə öz cəzalarına çatacaqlar”.

İ. Qaribaşvili Azərbaycanın daxili işlər naziri ilə Romada görüşdüyünü qeyd edərək, iki ölkə daxili işlər orqanları arasında müzakirələr apardıqlarını deyib. Nazir Azərbaycana səfər edəcəyini, səfərin vaxtını isə azərbaycanlı həmkarı ilə müzakirələr zamanı dəqiqləşdirəcəyini qeyd edib.

İ. Qaribaşvili Novruz bayramı münasibəti ilə Gürcüstanda və dünyada yaşayan azərbaycanlıları təbrik edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR