İçərişəhərdə Novruz bayramı münasibətilə mədəni-kütləvi tədbir keçirilib

İçərişəhərdə Novruz bayramı münasibətilə mədəni-kütləvi tədbir keçirilib
# 18 mart 2013 14:34 (UTC +04:00)

Bakı. Aygül Rzayeva - APA. İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “İçərişəhər” Tarix Muzeyi Novruz bayramı münasibətilə Kiçik Karvansarayda "Sevimli bayram" adlı mədəni-kütləvi tədbir keçirib.

APA-nın məlumatına görə, tədbirdə bədii təsviri sənət, keramika, qrafika, şüşə üzərində naxış, baltik üslubunda işlənmiş nümunələr, həmçinin Təsviri İncəsənət Mərkəzi şagirdlərinin əl işləri nümayiş etdirilib.

Novruz tədbirində Müslüm Maqomayev adına musiqi məktəbinin və uşaq teatrının kollektivi iştirak edib, caz musiqisi səsləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR