Azərbaycan ərazisində hava əsasən yağmursuz olacaq - VİDEO

Azərbaycan ərazisində hava əsasən yağmursuz olacaq - <span style="color: red;">VİDEO
# 16 dekabr 2014 10:01 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova – APA. Dekabrın 17-də Bakı və Abşeron yarımadasının bəzi yerlərində çiskinli az yağış yağacağı, günün ikinci yarısı dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 4-6, gündüz 6-9 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında da sabah əsasən yağmursuz hava şəraiti gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Lənkəran-Astara bölgəsində az yağış yağacağı ehtimalı var. Zəif şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 1-6, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 0-5 şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

Meteoloji proqnoza gəlincə, dekabrın 16-da Abşeron yarımadasında antisiklon hava gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir. Dekabrın 17-si 18-də atmosfer təzyiqinin xeyli enməsi fonunda gilavar küləyinin əsməsi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR