Səfir: “Ukraynadakı azərbaycanlıların təhlükəsizliyi ilə bağlı heç bir problem yoxdur”

Səfir: “Ukraynadakı azərbaycanlıların təhlükəsizliyi ilə bağlı heç bir problem yoxdur”
# 11 iyul 2014 07:55 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli deyib.

E. Mədətli ərazidə vəziyyətin nəzarətə götürüldüyünü bildirib: “Girov götürülən azərbaycanlıların məsələsi Azərbaycanın Ukraynadakı səfirliyinin və Azərbaycan Daxili İşlər Nazirliyinin oradakı nümayəndəsinin səyləri ilə həllini tapıb və girovlar azad edilib. Bu cür hallar hər zaman ola bilər” .

Səfir Ukraynada yaşayan azərbaycanlıların ölkəni kütləvi şəkildə tərk etmədiklərini və Azərbaycana qayıtmadıqlarını da söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR