Ziya Məmmədov: “Nəqliyyatda vahid kart sisteminə keçidin birinci mərhələsi may-iyun aylarında başlayacaq”

Ziya Məmmədov: “Nəqliyyatda vahid kart sisteminə keçidin birinci mərhələsi may-iyun aylarında başlayacaq”
# 11 fevral 2013 12:22 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu nəqliyyat naziri Ziya Məmmədov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, ilkin mərhələdə təxminən 500 min sərnişin avtobusunda bu proses gedəcək: “Sonra isə proses zamanla davam etdiriləcək və daha çox avtobusu əhatə edəcək”.

Sərnişin avtobuslarını sayının azaldılması barədə deyilənlərə münasibət bildirən Z. Məmmədov deyib ki, əslində say azaldılmayıb, sadəcə, marşrutların optimallaşdırılması prosesi gedir: “Bu proses getməlidir. Heç bir azaldılmadan söhbət getmir. Avtobuslar yenilənir, modernləşdirilir. Bütün bunlar da sərnişinlərə xidməti yaxşılaşdıracaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR