Bank Of Baku

ABŞ səfirliyi məcburi köçkün məktəbinə "Amerika rəfi" hədiyyə edib

ABŞ səfirliyi məcburi köçkün məktəbinə "Amerika rəfi" hədiyyə edib
# 08 iyun 2018 14:58 (UTC +04:00)

ABŞ səfirliyinin dəstəyi ilə Abşeron rayonunun Masazır kəndində yerləşən Laçın rayon Çıraqlı kənd orta məktəbində yaradılmış "Amerika rəfi"nin  açılışı keçirilib. 

 

APA-nın xəbərinə görə, tədbirdə ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Vilyam Gil, Təhsil Nazirliyinin, rayon İcra Hakimiyyətinin nümayəndələri və digər qonaqlar iştirak  edib. 

 

Tədbirdə çıxış edən müvəqqəti işlər vəkili Vilyam Gil əvvəlcə bu məktəbin uşaqların yaxşı təhsil almasına imkan yaratmaq məqsədilə tikildiyini qeyd edib. Məktəbin ABŞ Müdafiə Nazirliyinin Humanitar Yardım Proqramının məcburi köçkünlər üçün ölkənin müxtəlif yerlərində inşa etdiyi 16 məktəbdən biri olduğunu vurğulayan diplomat bildirib ki, məktəbin yüksək potensial qazanması üçün yenə köməklik göstərəcəklər: "Bizim bu məktəblə əməkdaşlığımız açılış günündən indiyə qədər davam edir. Düşünürəm  ki, bu gün məktəbə gətirdiyimiz Amerika ədəbiyyatı nümunələri şagirdlərdə maraq oyadacaq. Təhsildən gözəl bir şey yoxdur. Bu məktəb də ABŞ-Azərbaycan arasındakı möhkəm əməkdaşlığın bariz göstəricisidir. Biz Azərbaycan və azərbaycanlılarla uzunmüddətli əməkdaşlığa sadiqik. Azərbaycanlılar deyəndə Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkən məcburi köçkünlər də bura daxildir. Ümidvaram ki, bu kitablar şagirdlərin yeni aləmlə, yeni nəsillərlə tanış olaraq gələcəkdə uğura nail olmaq üçün daxillərində olan potensialı aşkara çıxarmaq və inkişaf etdirməyə kömək edəcək". 

 

Daha sonra çıxış edən məktəb direktoru İlham Çıraqov məktəb haqqında qısa məlumat verərək təhsil müəssisəsində 615 şagirdin təhsil aldığını, eləcə də 45 müəllim, 17 texniki işçi fəaliyyət göstərdiyini söyləyib. O, ABŞ səfirliyi  tərəfindən məktəb üçün görülən  işlərdən məmnunluğunu ifadə edib. 

 

Qeyd edək k, eyni proqram çərçivəsində ABŞ səfirliyi Bərdənin Güloğlular kəndindəki məcburi köçkünlər üçün 17-nci məktəbin inşasını dəstəkləyir. 1991-ci ildən ABŞ Azərbaycana 1,3 milyard ABŞ dolları məbləğində dəstək verib. ABŞ Müdafiə Departamenti məcburi köçkün icmalarının həyat və yaşayış səviyyəsinin yaxşılaşdırılmasına yönəlmiş, məktəb tikintisi və su layihələri də daxil olmaqla, 22 humanitar yardım layihəsini maliyyələşdirmək üçün 5,5 milyon ABŞ dollarından çox vəsait ayırıb. 1991-ci ildən etibarən Amerika Birləşmiş Ştatları məcburi köçkünlərə yardım üçün 125 milyon ABŞ dollarından artıq maliyyə ayırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR