Prokuror iki nəfəri zəhərləyərək öldürən şəxsə ömürlük cəza istəyib

Prokuror iki nəfəri zəhərləyərək öldürən şəxsə ömürlük cəza istəyib
# 04 sentyabr 2014 13:52 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfərin ölümündə təqsirli bilinən Astara sakini, 59 yaşlı Aydın Qəhrəmanovun məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum edilməsini istəyib. Proses sentyabrın 19-da davam etdiriləcək.


İttihama görə, Aydın Qəhrəmanov qeyr-rəsmi nikahda yaşadığı Aidə Yəhyayevanın bacısı Naziləyə məxsus 4 otaqlı mənzili ələ keçirmək istəyib. Bunun üçün o, Aidəni zəhərləyərək öldürmək qərarına gəlib. Aidəyə yuxugətirici adı ilə müxtəlif dərmanlar içirib. Həmin vaxt evdə olan Aidənin bacısı qızı Samirə də həmin dərmanlardan istifadə edib. Hər iki şəxs xəstəxanaya yerləşdirilsə də, onları xilas etmək mümkün olmayıb. Vəziyyətdən istifadə edən A. Qəhrəmanov Naziləyə məxsus 175 min manatlıq mənzili 120 min manata Mərifət Sultanov adlı şəxsə satıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR