Cəlilabadda yük maşını aşıb, sürücü xəsarət alıb - FOTO - VİDEO

Cəlilabadda yük maşını aşıb, sürücü xəsarət alıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 04 noyabr 2015 12:03 (UTC +04:00)

Cəlilabad. Ağəddin Babayev – APA. Cəlilabad rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə  noyabrın 4-də günorta saatlarında rayonun Cəlayar kəndi ərazisində qeydə alınıb. Cəlilabad rayon sakini, 1990-cı il təvəllüdlü Asim Məmmədovun idarə etdiyi “KamAZ” markalı yük maşını idarəetmənin itməsi nəticəsində dərəyə  aşıb. Qəza nəticəsində maşının sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad  Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Burada ona müvafiq tibbi yardım göstərilib və  hazırda vəziyyəti ağır olaraq qalmaqdadır.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR