Bank Of Baku

Xarici vətəndaşların saxta sənədlərlə Azərbaycana gəlməsinin qarşısı alınıb

Xarici vətəndaşların saxta sənədlərlə Azərbaycana gəlməsinin qarşısı alınıb
# 31 may 2018 07:52 (UTC +04:00)

Bu il mayın 29-da Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd nəzarəti əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində xarici vətəndaşların saxtalaşdırılmış sənədlərlə dövlət sərhədindən keçmək cəhdlərinin qarşısı alınıb.

 

DSX-nın Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda sərhəd nəzarəti zamanı 3 əcnəbinin sənədlərinin etibarlığı şübhə doğurub, xüsusi laboratoriya şəraitin­də dərinləşdirilmiş yoxlama nəticəsində şübhələrin əsaslı olması dəqiqləşdirilib. Belə ki, “Dubay-Bakı” reysinin rəsmiləşdirilməsi zamanı Pakistan İslam Respublikasının vətəndaşı, 1974-cü il təvəllüdlü Nawaz Shoaib tərəfindən təqdim olunmuş Azərbaycan Respublikasının elektron vizasının saxta olması müəyyən edilib.

 

“Bakı-Milan” reysinin sərnişinləri üzərində sərhəd nəzarətinin həyata keçirilməsi zamanı Pakistan İslam Respublikasının vətəndaşı 1989-cu il təvəllüdlü Shakeel Hafiz Muhammad Adnan tərəfindən təqdim olunmuş pasportdakı Şengen vizasının saxta olması aşkar olunub.

 

 “İstanbul-Bakı” reysi ilə gəlmiş İran İslam Respublikası vətəndaşı 1990-cı il təvəllüdlü Hassanli Ali tərəfindən isə sərhəd nəzarətinə təqdim olunmuş pasportdakı Böyük Britaniya vizasının saxta olması müəyyən edilib.

 

Saxlanılmış əcnəbilər barəsində müvafiq əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR