Pakistanda avtobus partladılıb, ən azı 9 nəfər ölüb

Pakistanda avtobus partladılıb, ən azı 9 nəfər ölüb
# 13 aprel 2013 15:57 (UTC +04:00)

Bakı-APA. Pakistanın Peşəvər şəhərində avtobusun partladılması nəticəsində ən azı 9 nəfər ölüb. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə xarici KİV-lərə müsahibəsində yerli polisin rəsmi nümayəndəsi Fəzal Vahid bildirib.

“Ən azı doqquz nəfər ölüb, yeddi nəfər isə yaralanıb. Ekspertlərin rəyinə əsasən, avtobusda saatlı mexanizmlə təchiz olunmuş partlayıcı qurğu işə salınıb”, deyə Fəzal Vahid qeyd edib.

Hələlik heç bir qruplaşma hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR