Şəkidə baş verən yol qəzasında bir nəfər ölüb

Şəkidə baş verən yol qəzasında bir nəfər ölüb
# 06 mart 2013 09:08 (UTC +04:00)

Şəki. Vüqar Heydərov - APA. Şəki rayonunda baş verən yol qəzasında bir nəfər ölüb. Şəki şəhər-rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, qəza Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 45-ci kilometrliyində, Şəki rayonunun Göybulaq kəndi ərazisində qeydə alınıb.

Kiçik Dəhnə sakini Qurbanov Rahim Rasim oğlunun idarə etdiyi 10-MD-109 dövlət nömrə nişanlı "VAZ-21010" markalı avtomobillə Salyan rayon sakini, 1965-ci il təvəllüdlü Novruzov Rafiq Aris oğlunun idarə etdiyi 99-BV-037 dövlət nömrə nişanlı “HOVO” markalı yük avtomobili toqquşub. Nəticədə “VAZ-21010” markalı avtomobilin sürücüsü Rahim Qurbanov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində keçinib.

Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi başlayıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR