Azərbaycanda bir nəfərin ölümü ilə nəticələn yol qəzası baş verib

Azərbaycanda bir nəfərin ölümü ilə nəticələn yol qəzası baş verib
# 27 avqust 2014 16:26 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Azərbaycanda bir nəfərin ölümü ilə nəticələn yol qəzası baş verib.

APA - nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı-Quba yolunun 35-ci kilometrliyində “Hyundai” markalı minik avtomobili ilə “Mercedes” markalı yük avtomobili toqquşub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “Hyundai” markalı avtomobilin sürücüsü, 1957-ci il təvəllüdlü İbrahimov Aslan İzafət oğlu aldığı bədən xəsarətlərindən yerindəcə keçinib və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə A. İbrahimovun meyitini avtomobildən çıxarıblar və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR