Bakı şəhərində məktəbdən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 5-də rayon ərazisindəki tam orta məktəblərin birindən kompüter və printer oğurlamaqda şübhəli bilinən Ələt qəsəbə sakinləri Sübhan Dadaşzadə və Əvəz Abbasov saxlanılıblar.