Bank Of Baku

“CBS News”: ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Moskvada səfərdədir

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliff

© APA | ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliff

# 25 avqust 2026 18:36 (UTC +04:00)

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliff Moskvada səfərdədir.

“CBS News”-un müxbiri Cennifer Ceykobs anonim mənbələrə istinadən xəbər verib ki, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff Moskvaya Endryus hərbi bazasından ABŞ Hərbi Hava Qüvvələrinə məxsus Boeing C-17 hərbi nəqliyyat təyyarəsi ilə gəlib.

Rəsmi olaraq nə Moskva, nə də Vaşinqton onun səfəri ilə bağlı məlumatı təsdiqləyib.

Retkliffin Moskvada kiminlə görüşə biləcəyi və nəyi müzakirə edəcəyi hələlik bilinmir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR