Azərbaycanda sığorta şirkətləri avtonəqliyyat vasitələrinin sığortası (KASKO) üzrə cari ilin yanvar-iyul aylar ərzində 40.9 milyon manat sığorta haqqı toplayıb.
“APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,2% çoxdur. Ötən ilin ilk 7 ayında KASKO sığorta üzrə 40.4 milyon manat sığorta haqqı toplanıb.
Hesabat dövründə avtonəqliyyat vasitələrinin sığortası üzrə sığorta şirkətləri tərəfindən edilən ödənişlərinin həcmi 22.5 milyon manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 28,7% çoxdur. 2025-ci ilin yanvar-iyul aylarında bu sığorta növü üzrə ödənişlərin həcmi 17,4 milyon manata bərabər olub.
Onu da bildirək ki, ötən ilin yanvar-iyul aylarında sığorta şirkətləri bu sığorta növü üzrə topladıqları hər 100 manatdan 43.1 manatını ödənişə yönəltmişdirsə, cari ilin ilk 7 ayında bu rəqəm 54.8 manat təşkil edib.