Bank Of Baku

Xaricə gedirsinizsə, bu xərcləri nəzərə alın: tibbi yardım minlərlə manata başa gələ bilər

Xaricə gedirsinizsə, bu xərcləri nəzərə alın: tibbi yardım minlərlə manata başa gələ bilər
# 25 avqust 2026 17:00 (UTC +04:00)

Hər şey getdiyiniz ölkədən asılıdır. Xaricdə gözlənilməz xəstəlik və ya qəza adi səyahəti ciddi maliyyə probleminə çevirə bilər. Konkret nümunələr var. “PAŞA Sığorta”nın 3 müştərisi xaricdə olarkən ciddi xərclərlə üzləşiblər.

Belə ki, müştərilərdən biri Berlində olarkən ürəkbulanma və qusma şikayətləri ilə klinikaya müraciət edib. Müayinə nəticəsində bağırsaq keçməzliyi aşkarlanaraq təcili cərrahi əməliyyat olunub. Onun 40,768 ₼ (20,384 € avro) məbləğində xərci yaranıb.

Digər 2 hadisə isə Gürcüstanda baş verib. Zərərçəkənlərdən biri bud sümüyünün sınığı səbəbi ilə əməliyyat olunub və 3 425 ₼, digəri isə nəfəsalma çətinliyi ilə reanimasiyaya yerləşdirilərək IVL aparatına qoşulub və 4 619 ₼ tibbi xərc yaranıb. Hər üç hadisədə bütün xərclər sığorta tərəfindən qarşılanıb.

Bu nümunələr göstərir ki, xaricdə tibbi xərc gözlədiyimizdən çox baha başa gələ bilər. Halbuki günü 2 ₼-dan başlayan səyahət sığortası ilə daha arxayın yola çıxa bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR