Bank Of Baku

Tramp Kim Çen Inla münasibətlərinə görə Heqsetə Cənubi Koreya ilə birgə hərbi təlimlərin sayını azaltmağı tapşırıb

ABŞ prezidenti Donald Tramp

© APA | ABŞ prezidenti Donald Tramp

# 25 avqust 2026 17:50 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp Şimali Koreyanın ölkəsi ilə hörmətli şəkildə davrandığını bildirib.

APA xəbər verir ki, o, bu barədə “Truth Social” hesabında yazıb.

Şimali Koreya lideri Kim Çen Inla münasibətlərinin yaxşı olduğunu vurğulayan Tramp uzun müddət əvvəl ABŞ-ın Cənubi Koreya ilə hərbi təlimlərdə iştirak etməyə razılaşması qərarından təəssüflənib.

Onun sözlərinə görə, bu təlimlərin xərcini ABŞ ödəyib, lakin onun prezident olduğu müddət ərzində Şimali Koreya Vaşinqtonu təhdid etməyərək, hörmətli şəkildə davranıb.

Tramp diqqətə çatdırıb ki, ABŞ-ın Cənubi Koreya ilə birgə təlimləri Pxenyana “düşmənçilik siqnalı göndərib.

ABŞ Prezidenti buna görə müharibə naziri Pit Heqsetə Cənubi Koreya ilə müştərək hərbi təlimlərin sayını əhəmiyyətli dərəcədə azaltmaqla bağlı göstəriş verdiyini vurğulayıb.

O, Cənubi Koreyadan “İranın nüvəsizləşdirilməsi” mövzusunda ABŞ-a dəstək xahiş etdiyini, lakin Seuldan “yox” cavabı aldığını qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR