Astarada 16 otaqlı evdə yanğın olub

Astarada 16 otaqlı evdə yanğın olub
# 03 avqust 2016 18:03 (UTC +04:00)

Bakı-APA. Astarada yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə,

Astara şəhərində vətəndaşa məxsus ümumi sahəsi 480 m2 olan ikimərtəbəli 16 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 120 m2 sahədə və 1 otağının tavanı 15 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR