Sankt-Peterburq şəhərində həmyerlisini güllələyən 46 yaşlı azərbaycanlı saxlanılıb.
APA-nın məlumatına görə, bu barədə “Rosbalt” Rusiya İstintaq Komitəsinin mətbuat xidmətinə istinadən xəbər yayıb. Saxlanılan şəxsə ittiham irəli sürülüb.
Qeyd edək ki, aprelin 30-da axşam saatlarında azərbaycanlı iş adamı həmyerlisi tərəfindən güllələnib. Başından bir neçə güllə yarası almış 31 yaşlı Füzuli Q. adlı şəxsin meyiti aprelin 30-da axşam saatlarında aşkar edilib.