2015-ci il yanvarın 1-dən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına Tacikistan sədrlik edəcək

2015-ci il yanvarın 1-dən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına Tacikistan sədrlik edəcək
# 22 dekabr 2014 15:58 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya paytaxtında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) xarici işlər, müdafiə nazirləri və təhlükəsizlik şurası katiblərinin iclası keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, iclasda çıxış edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkəsinin KTMT-ya sədrlik müddətinin bitdiyini söyləyib.

O, sədrliyin Rusiyadan Tacikistana keçdiyini bildirib: "2015-ci ildən KTMT-yə Tacikistan sədrlik edəcək. Bu gün keçirilən iclasda KTMT dövlət başçılarının iclasına çıxarılacaq sənədlər paketi üzərində işi yekunlaşdırırıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR