İran Hörmüz boğazından nəql olunan neftin qiymətinin 3%-i qədər istifadə haqqı istəyir

İran Hörmüz boğazından nəql olunan neftin qiymətinin 3%-i qədər istifadə haqqı istəyir
# 17 iyul 2012 04:41 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İran parlamentinin deputatı Cavad Kərimi Quddusi Hörmüz boğazının bağlanması ilə bağlı hazırlanmış qanun layihəsi üçün imza toplanıldığını bildirib. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, Xorasan viyalətinə bağlı Məşhəd şəhərindən seçilmiş millət vəkili deyib ki, qanun layihəsi üçün 250 imza lazımdır: “Artıq 150 millət vəkili qanun layihəsini imzalayıb. İmza sayı 250-yə çatdığında qanun layihəsi parlamentin Rəyasət Heyətinə təqdim ediləcək”. Onun sözlərinə görə, Qərbin gələcəyi Hörmüz boğazından ixrac edilən neftə bağlıdır: “Bu gün boğazı bağlamaq planı İran Silahlı Qüvvələrinin masasının üzərində olan variantlardan biridir”. C. Quddusi qanun layihəsinin bəzi detallarını da açıqlayıb: “Qanun layihəsinə əsasən, Hörmüz boğazı İrana tətbiq olunmuş bütün sanksiyalar aradan qaldırılmayanadək bağlı qalacaq. Bu qanun layihəsi qəbul edilsə, İran sanksiyaların götürülməsindan sonra da irəli sürdüyü 14 şərt yerinə yetirilməyənə qədər boğazı açmayacaq. Bu 14 şərtdən biri neft idxal edən ölkələrin İrana neftin qiymətinin 3%-i qədər boğazdan istifadə haqqı verməsindən ibarətdir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR