Millimiz sabah 2014-cü il dünya çempionatının seçmə mərhələsində Rusiya ilə qarşılaşacaq

Millimiz sabah 2014-cü il dünya çempionatının seçmə mərhələsində Rusiya ilə qarşılaşacaq
# 15 oktyabr 2012 09:06 (UTC +04:00)
Bakı – APA. 2014-cü il dünya çempionatının seçmə mərhələsində sabah növbəti oyunlar keçiriləcək. Apasport.az saytının məlumatına görə, F qrupunda mübarizə aparan Azərbaycan milli komandası özünün 3-cü qarşılaşmasına çıxacaq.

Almaniyalı baş məşqçi Berti Foqtsun yetirmələri Rusiya yığması ilə görüşəcək. Millimizin seçmə mərhələdəki 2-ci səfər oyunu Moskvadakı məşhur “Lujniki” stadionunda baş tutacaq.

Qazandığı yeganə xalı öz meydanında əldə edən komandamız qrup lideri ilə qarşılaşmada sensasiyaya imza atmağa çalışacaq. Çünki ilk 3 oyunda xal itirməyən Rusiya millisi bu matçlarda qol da buraxmayıb.

Rusiyalılar Rumıniya və İspaniya ilə birlikdə seçmə mərhələdə qol buraxmayan 3 Avropa təmsilçisindən biridir. Lakin millimiz şimal qonşularımızı bu siyahıdan kənarlaşdıra bilər.

Bu qarşılaşma rəqiblər arasında 3–cü duel olacaq. DÇ-2010-un seçmə mərhələsində də Berti Foqtsun yetirmələri Rusiya ilə eyni qrupda yer almışdı. Həmin vaxt “Lujniki”də 0:2 hesabı ilə uduzan yığmamız Bakıda rəqibindən xal almağı bacarmışdı. Belə ki, seçmə mərhələnin Bakıdakı son görüşü 1:1 hesabı ilə başa çatmışdı.

20:00. RUSİYA – AZƏRBAYCAN
Baş hakim: Aleksandar Stavrev (Makedoniya)
Baş hakimin köməkçiləri: Marjan Kirovski, Dejan Kostadinov (hər ikisi - Makedoniya)
Dördüncü hakim: Jovan Kaludjeroviç (Monteneqro)
Hakim-inspektor: Steve Bennett (İngiltərə)
Komissar: Nebojsa İvkoviç (Serbiya)
Moskva. “Lujniki” stadionu

1
Rusiya
3
3
0
0
7-0
9
2
Portuqaliya
3
2
0
1
5-2
6
3
İsrail
3
1
1
1
7-5
4
4
Şimali İrlandiya
2
0
1
1
1-3
1
5
Azərbaycan
2
0
1
1
1-4
1
6
Lüksenburq
3
0
1
2
2-9
1
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR