ARDNŞ-ə məxsus idarədə ölüm faktı baş verib

ARDNŞ-ə məxsus idarədə ölüm faktı baş verib
# 13 avqust 2012 10:27 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ) məxsus idarədə ölüm faktı baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avqustun 11-də saat 09.30 radələrində Nərimanov rayonu ərazisində, ARDNŞ-nin Geofizika Geologiya Baş İdarəsində, orada usta işləyən Sumqayıt şəhər sakini İslam Quliyev İdarənin 5-ci mərtəbəsində qaynaq işləri apararkən yıxılıb. Nəticədə o, aldığı xəsarətdən dünyasını dəyişib.

Qeyd edək ki, dünən ARDNŞ Xəzər Dəniz Neft Donanmasına məxsus gəminin kapitanı, 1959-cu il təvəllüdlü Fəxrəddin Əkbərov ehtiyatsızlıqdan dənizə yıxılaraq həlak olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR