Bakıda ər arvadını bıçaqlayıb

Bakıda ər arvadını bıçaqlayıb
# 20 oktyabr 2012 08:47 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Bakıda ər arvadını bıçaqlayıb. Bu barədə APA-ya Suraxanı rayon Polis İdarəsindən bildirilib.

Hadisə ötən gecə rayonun A. Rzayev küçəsi, 53 ünvanında qeydə alınıb. Orada yaşayan 1966-cı il təvəllüdlü Abbasov Vahid Hüseyn oğlu qısqanclıq zəminində arvadı, 1979-cu il təvəllüdlü Məmmədova Afaq Adil qızını bıçaqlayıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən V. Abbasov isə polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR