Bakıda avtomobil oğurluğu ilə məşğul olan dəstə zərərsizləşdirilib
16 oktyabr 2012 09:00 (UTC +04:00)
Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, sentyabrın 5-ə keçən gecə Zığ yolu küçəsində yaşayan Hacıməhəmməd Sulxayevə məxsus «VAZ-21011» markalı avtomobil qaçırılıb. Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində avtomobil bir gün sonra Bakıxanov qəsəbəsində sökülmüş vəziyyətdə tapılıb, onu qaçıran Masallı rayon sakini Qiyaməli Bayramov və Bakı şəhər sakini Pərviz Quliyev sentyabrın 6-da yaxalanıblar. Cinayətin digər iştirakçısı olan Bakı şəhər sakini Tural Qasımov isə oktyabrın 15-də ələ keçib.
Araşdırma zamanı müəyyən edilib ki, onlar sentyabrın 4-ə keçən gecə M. Gülgün küçəsində yaşayan İbrahim Şahbazova, sentyabrın 6-a keçən gecə Vaqif Həsənova məxsus «VAZ-2101» markalı avtomobil qaçırıblar. Dəstə üzvləri iyunun 24-ə keçən gecə R. Məmmədov küçəsində yaşayan Çərkəz Bayramova məxsus «VAZ-2106» markalı avtomobili də qaçırıb və həmin avtomobil elə həmin gün saat 14:30 radələrində Ə. Bağırov küçəsində tam yanmış vəziyyətdə tapılıb.

Hadisə
Şəmkirdə qəza olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB - FOTO
23:39
17 may 2024
Bakının İstiqlaliyyət küçəsində kafedə tüstülənmə olub
21:26
17 may 2024
FHN: Kürdəmir və Saatlıda su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib - VİDEO
19:55
17 may 2024
“Tərtər işi” ilə bağlı həbs edilən general Bəkir Orucovun cəzası 9 ildən 6 ilə endirilib
17:50
17 may 2024