Bank Of Baku

BMT baş katibi Gürcüstan üzrə xüsusi nümayəndəsini dəyişir

BMT baş katibi Gürcüstan üzrə xüsusi nümayəndəsini dəyişir
# 02 avqust 2008 07:57 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva - APA. BMT-nin baş katibi Pan Gi Mun Gürcüstan üzrə yeni xüsusi nümayəndəsini təyin edəcək. APA-nın məlumatına görə, baş katib Yohan Verbeki xüsusi nümayəndə təyin etmək niyyəti barədə artıq Təhlükəsizlik Şurasını məlumatlandırıb. Y. Verbek bu postda Jan Arnonu əvəzləyəcək. Y. Verbek, həmçinin BMT-nin Gürcüstan üzrə Müşahidə Missiyasına rəhbərlik edəcək. Buna qədər o, BMT baş katibinin Livan üzrə xüsusi koordinatoru olub.
Qeyd edək ki, BMT Müşahidə Missiyası Gürcüstanla separatçı abxaz rejimi arasında imzalanmış atəşkəs rejimi haqqında sazişə əməl olunmasına nəzarət edir. Missiya 1993-cü ildə yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR