Bank Of Baku

ABŞ Nümayəndələr Palatasının sədri Rusiyanı dərhal öz qoşunlarını Gürcüstandan çıxarmağa çağırıb

ABŞ Nümayəndələr Palatasının sədri Rusiyanı dərhal öz qoşunlarını Gürcüstandan çıxarmağa çağırıb
# 13 avqust 2008 08:33 (UTC +04:00)
Vaşinqton – APA. ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi, Konqresdəki demokratların lideri Steni Hoyer və respublikaçıların lideri Con Bonner Rusiyanı dərhal öz qoşunlarını Gürcüstan ərazisindən çıxarmağa çağırıblar. APA-nın məlumatına görə, spikerin saytında dərc olunan bəyanatda deyilir: “Biz Rusiyanın Gürcüstana müdaxiləsini ən kəskin formada pisləyirik və Gürcüstanın suverenliyinə tam dəstək verdiyimizi bəyan edirik”. Bəyanat müəllifləri Rusiya rəhbərliyinin Gürcüstanın demokratik yola seçilmiş prezidentini istefaya çağırmasının yolverilməz olduğunu bildiriblər. Onlar ABŞ hökumətinin Gürcüstana və gürcü xalqına bütün mümkün köməyi göstərmək yönündə səylərini fəallaşdırmasını də zəruri sayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR