Bank Of Baku

ABŞ Demokrat Partiyasının Arkanzas bölməsinin sədri qətlə yetirilib

ABŞ Demokrat Partiyasının Arkanzas bölməsinin sədri qətlə yetirilib
# 14 avqust 2008 07:25 (UTC +04:00)
Arkanzas-APA. ABŞ Demokrat Partiyasının Arkanzas bölməsinin sədri Bill Qvotni qətlə yetirilib. APA-nın məlumatına görə, dünən axşam saatlarında şəxsiyyəti müəyyənləşdirilməyən bir nəfər partiya qərargahına gələrək Bill Qvotni ilə görüşmək istədiyini bildirib. Sədrin otağına girən şəxs ona tapançadan bir neçə atəş açıb. Aradan çıxmaq istəyən cinayətkarlarla polis arasında atışma baş verib. Atışma nəticəsində qatil ağır güllə yarası alıb və hadisə yerində keçinib. Hazırda polis baş verən qətl hadisəsinin motivlərini və cinayətkarın şəxsiyyətini araşdırır.

Çoxsaylı güllə yaraları almış Bill Qvotni təcili olaraq xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Klintonlar ailəsi Bill Qvotninin ölümü ilə əlaqədar mərhumun ailəsinə başsağlığı məktubu göndərib. Qeyd edək ki, sabiq prezident Bill Klinton 1978-1990-cı illərdə Arkanzas ştatının qubernatoru olub. Klintonlar ailəsi Bill Qvotni ilə ailəvi dost olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR