Bank Of Baku

ABŞ Rusiya ilə birgə hərbi təlimlərdən imtina edib

ABŞ Rusiya ilə birgə hərbi təlimlərdən imtina edib
# 14 avqust 2008 08:04 (UTC +04:00)
Vaşinqton-APA. ABŞ Rusiya ilə “FRUKUS-2008” hərbi-dəniz təlimlərində birgə iştirakdan imtina edib. APA-nın “İnterfaks”a istinadən yaydığı məlumata görə, ABŞ tərəfi təlimlərdən imtina ilə bağlı Moskvanı rəsmən məlumatlandırıb. Qeyd edək ki, 15-23 avqustda Yapon dənizində keçiriləcək təlimlərdə Rusiya, Fransa, Böyük Britaniya və ABŞ-ın hərbi dəniz qüvvələri iştirak etməli idi. Təlimlərin məqsədi dənizdə sülhməramlı əməliyyat həyata keçirilməsi zamanı birgə fəaliyyəti koordinasiya etməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR