Bank Of Baku

Dünyanın ən ucaboylu qadını vəfat edib

Dünyanın ən ucaboylu qadını vəfat edib
# 14 avqust 2008 08:38 (UTC +04:00)
İndianapolis-APA. Dünyanın ən ucaboylu qadını Sendi Allen 53 yaşında vəfat edib. APA-nın “İTAR-TASS”a istinadən yaydığı məlumata görə, boyu 2 metr 31 santimetr olan qadının vəfatının dəqiq səbəbləri hələ məlum deyil. Dünyanın ən ucaboylu qadını ömrü boyu müxtəlif xəstəliklərdən əziyyət çəkib. Boyunun hündür olması səbəbilə qan dövranı zəif olan Sendi Allen son illər şəkər xəstəliyinə tutulub və yalnız əlil arabasının köməyi ilə hərəkət edib. Qeyd edək ki, dünyanın ən ucaboylu qadını titulunu 1974-cü ildə rəsmiləşdirən Sendi Allen məşhur rejissor Federiko Feüllininin “Kazanova” filmində epizodik rolda çəkilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR