Bank Of Baku

ABŞ-da “Doktor Ölüm” adı ilə tanınan erməni həkim seçkilərdə məğlub olub

ABŞ-da “Doktor Ölüm” adı ilə tanınan erməni həkim seçkilərdə məğlub olub
# 05 noyabr 2008 11:46 (UTC +04:00)
Vaşinqton – APA. ABŞ-da “Doktor Ölüm” adı ilə tanınan erməni əsilli Cek Kevorkyan Konqresə seçkilərdə məğlub olub. APA-nın “Associated Press”ə istinadən verdiyi məlumata görə, Detroyt ətrafındakı seçki dairəsindən müstəqil namizəd olan keçmiş həkim cəmi 2,7% səs alıb. Bu dairədə demokratların namizədi Harri Piters qələbə qazanıb. 80 yaşlı C. Kevorkyan ABŞ-dakı siyasi sistemin korrupsiyalaşdığını bildirərək bir daha seçkilərə qatılmayacağını bəyan edib.

Qeyd edək ki, C. Kevorkyan evtanaziyanın fəal tərəfdarıdır və bu üsulun qanuniləşdirilməsini istəyir. O, 1990-1998-ci illərdə ağır xəstəliklərdən əziyyət çəkən 130 pasiyentin könüllü ölümünə kömək edib. 1999-cu ildə 52 yaşlı Tomas Yorkun intiharını əks etdirən videoyazı hüquq-mühafizə orqanlarının əlinə düşdükdən sonra erməni həkimə qarşı rəsmi ittiham irəli sürülüb. 8 il müddətinə azadlıqdan məhrum edilən C. Kevorkyan 2007-ci ildə azadlığa çıxıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR