Bank Of Baku

Pentaqon rəhbəri Rusiyanı təxribatçılıqda ittiham edib

Pentaqon rəhbəri Rusiyanı təxribatçılıqda ittiham edib
# 13 noyabr 2008 14:18 (UTC +04:00)
Tallin-APA. “Rusiyanın Kalininqrad vilayətində raketlər yerləşdirmək istəməsi təxribatçı və əsaslandırılmamış hərəkətdir”. APA-nın məlumatına görə, bu bəyanatla ABŞ-ın müdafiə naziri Robert Qeyts çıxış edib. O bildirib ki, Rusiyanın bu addımı yolverilməzdir: “Amerikada seçkilər başa çatdıqdan bir neçə saat sonra Dmitri Medvedev bizi Kalininqradda raketlər yerləşdirə biləcəyi ilə hədələdi. ABŞ administrasiyası çətin ki belə isti qəbula layiq olsun”.

Qeyd edək ki, noyabrın 5-də Federal Məclisdə çıxışı zamanı Dmitri Medvedev ABŞ-ın Rusiya sərhədləri yaxınlığında raket hücumundan müdafiə vasitələri yerləşdirməsinə layiqli cavab veriləcəyini deyib və Kalininqradda “İsgəndər” raket kompleksi yerləşdirməyə söz verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR