Bank Of Baku

ABŞ Senatı dövlət borcu haqqında qanun layihəsini rədd edib

ABŞ Senatı dövlət borcu haqqında qanun layihəsini rədd edib
# 30 iyul 2011 04:47 (UTC +04:00)
Bakı-APA. ABŞ Senatı 59 səslə dövlət borcu həddinin qaldırılması və büdcə kəsirinin azaldılması üzrə Nümayəndələr palatasının qəbul etdiyi qanun layihəsini rədd edib.

Layihənin lehinə 41 senator səs verib.

İndi Senatdakı demokrat çoxluğunun lideri Harri Ridin dövlət borcu həddinin qaldırılması üzrə yeni planı irəli sürəcəyini gözlənilir. Bu plan bazar ertəsi səsə qoyula bilər.

Xatırladaq ki, bir müddət öncə Konqresin Nümayəndələr palatası respublikaçıların təklif etdiyi dövlət borcu həddinin qısa müddətə 900 milyard dollara qaldırılmasını nəzərdə tutan qanun layihəsini qəbul etmişdi.

Qanun layihəsi həmçinin 10 il ərzində xərclərin 917 milyard dollar azaldılmasını nəzərdə tuturdu.

Senatdakı demokratlar isə dövlət borcu həddinin 2,5 trilyon dollara çatdırılmasını və xərclərin 2,2 trilyon dollar azaldılmasını təklif edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR