Paşha Bank
Bank Of Baku

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür
# 26 sentyabr 2026 05:45 (UTC +04:00)

ABŞ kəşfiyyatının qiymətləndirməsinə görə, Səudiyyə Ərəbistanı gələcəkdə nüvə silahı proqramının yaradılması variantını istisna etmir.

Bu barədə “The Washington Post” ABŞ administrasiyasındakı mənbələrə və Konqresə təqdim edilmiş məxfi qiymətləndirmələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, bu qiymətləndirmələr ABŞ Prezidenti Donald Trampın Səudiyyə Ərəbistanının dinc nüvə proqramına dəstək göstərilməsi ilə bağlı razılaşması fonunda bəzi amerikalı qanunvericilər arasında narahatlığı artırıb.

Qəzet yazır ki, həmin qanunvericilər nüvə sahəsində əməkdaşlığın Ər-Riyadın gələcəkdə hərbi nüvə potensialı yaratmasına şərait yarada biləcəyindən və bunun Yaxın Şərqdə silahlanma yarışını sürətləndirə biləcəyindən ehtiyat edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR