Bank Of Baku

ABŞ Senatı dövlət borcu barədə qanun layihəsini dəstəkləyib

ABŞ Senatı dövlət borcu barədə qanun layihəsini dəstəkləyib
# 02 avqust 2011 19:51 (UTC +04:00)
Bakı-APA. ABŞ Konqresinin Senatı dövlət borcunun yuxarı həddinin qaldırılması barədə güzəştli qanun layihəsini dəstəkləyib. Beləliklə, bütün dünyanın ehtiyat etdiyi defolt təhlükəsi aradan qalxıb.

Qanun layihəsini 74 senator dəstəkləyib, əleyhinə isə 26 nəfər çıxıb.

Daha öncə qanun layihəsini Konqresin nümayəndələr palatası dəstəkləyib. İndi qanun layihəsi imzalanmaq üçün ABŞ prezidenti Barak Obamaya göndəriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR