Bank Of Baku

Hakerlər dünyanın 72 təşkilatının saytına hücum edib

Hakerlər dünyanın 72 təşkilatının saytına hücum edib
# 03 avqust 2011 17:23 (UTC +04:00)
Bakı-APA. Kompüter proqramlarının müdafiə texnologiyalarını istehsal edən McAfee Labs şirkəti bildirib ki, naməlum kiber cinayətkarlar Beynəlxalq Olimpiya Komitəsi (IOC), BMT, Hindistan hökumətinin saytları daxil olmaqla dünyanın 72 təşkilat və şirkətlərinin saytlarına hücum ediblər.
APA-nın İnterfaks agentliyinə istinadən verdiyi məlumatına görə, ekspertlər bunu İnternet tarixində ən böyük haker hücumu hesab edirlər.
Şirkətin Avropa şöbəsinin müdiri Raj Samani bildirib ki, hücumlar davam edir.
Onun sözlərinə görə, hərbi-sənaye, polad əritmə şirkətləri, kompüter təhlükəsizliyi üzrə ixtisaslaşan firmalarında saytları hücuma məruz qalıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR