Bank Of Baku

Amerikalıların 82% Konqresdən narazıdır

Amerikalıların 82%  Konqresdən narazıdır
# 06 avqust 2011 01:25 (UTC +04:00)
Bakı-APA. New York Times/CBS News-un keçirdiyi rəy sorğusuna əsasən amerikalıların 82 faizi Konqresin işindən narazıdır.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, bildirilir ki, bu, 30 il öncə sorğu keçirilməyə başlanandan bəri ən yüksək narazılıq həddidir.
Sorğuda iştirak edən hər beş adamdan biri hesab edir ki, milli borc limiti üzərində debatda tərəflər ölkənin maraqlarından çox siyasi düşərgənin maraqlarını güdüblər. Respondentlərin 75 faizi düşünür ki, siyasi çəkişmələr Amerikanın dünyada reputasiyasına zərbə vurub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR