Bank Of Baku

Kanada Liviya diplomatlarını ölkədən çıxaracaq

Kanada Liviya diplomatlarını ölkədən çıxaracaq
# 10 avqust 2011 01:35 (UTC +04:00)
Bakı-APA. Kanada Müəmmar Qəddafi hökumətinin təcrid edilməsi səyləri çərçivəsində paytaxt Ottavada Liviya səfirliyindəki bütün diplomatların ölkəni tərk etməsini istəyib.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, xarici İşlər naziri Con Bayrd Liviya diplomatlarını persona non grata elan edib. O deyib ki, diplomatlar beş gün ərzində səfirliyi tərk edib ölkədən çıxmalıdırlar. O həmçinin bildirib ki, Kanada diplomatların bank hesablarından istifadəsinin qarşısını alıb. Kanada Müəmmar Qəddafi qüvvələrinə qarşı mübarizə aparan üsyançı döyüşçülərə kömək edən NATO missiyasında iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR